Pərakəndə ticarət dövriyyəsi cəmi 3% artıb 

12:53 12.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 4% artıb.